17 Ekim 2016 Pazartesi

MİLETLİ FALES



Miletli Falesə (beə640-558)
   Adı bizə məlum olan bu ilk filosof, riyaziyyatçı, həndəsəçi, astronomu Milet şəhərində yaşamışdır.Miletli Fales yeddi müdrik adamdan biri hesab olunurdu.Evklidin "əsasları" kitabının şərhçisi Prokl yazır: "Fales həndəsədə aşağıdakıları etmişdir:
    1.Diametrin dairəni yarı böldüyünü birinci dəfə o isbat etmişdir.
    2.Bərabəryanlı üçbucağı oturacağına bitişik bucaqlar bərabər olması haqqında teoremi o tapmışdır.
    3.O tapmışdır ki, iki düz xətt kəsişdikdə, bərabər bucaqlar alınır, amma buna heç bir isbat verməmişdir. "
    Yunan riyaziyyatının müsbət cəhəti onun bir təklifdən başqasına isbatların köməyi ilə tədricən keçilməsi idi.Fales ilk dəfə həndəsəni bu cür qurdu və həndəsəyə isbatlar daxil oldu.Yunan riyaziyyatı binasının qurulması üçün lazım olan "kərpicləri" hazır idi.onları qədim mədəniyyətin xarabalıqlarında, tapmaq olardı, bu binanın ucaldıldıgı üsul isə tamamilə yeni idi.Fales haqqında ancaq bir neçə rəvayət məlumdur.
     Miletli Fales -beə 640-548   dövrdə yaşamışdır.Falesin əslən haralı olması bir qədər mübahisə dogurur.Belə ki, onun yunan olmadıgı və Finikiyada doğulması ilə baglı iddialar mövcuddur.Deyilənlərə görə tacir olan Fales  səyahətlər edərmişO, bir müddət Misirdə yaşamış, kahinlərdən bir çox təbiət sirlərini öyrənmişdir.Məhz o, "həndəsə" elmini Misirdən Yunanıstana gətirib yunanları onunla tanış etmişdir.
       Falesİ kasıblıgına görə məzəmmət edir və məşgul olduğu fəlsəfəni mənfəətsiz, bir şey hesab edirdilər.Bu məqsədlə o, belə bir hərəkət etmişdi. Bir çox faktı təhlil edərək araşdırmalar apararaq o, bol zeytun məhsulu olacagını qabaqcadan görmüşdü.Hələ qış qurtarmamış yığdığı bir qədər pulu yag hazırlayan sahibkarlara beh vermişdi.Zeytun yığılmağa başlayanda, birdən birə adamların yag istehsalçılarına ehtiyacı artdı.Fales bu minvalla çoxlu pul toplayaraq isbat etdi ki , filosoflara varlanmaq çətin olmur.Yəqin ki, qazandığı pulları da bir filosof kimi xərcləmişdi.
    Fales  ilk dəfə olaraq ay işığının əslində günəş şüalarının əks olunması olduğunu iddia etmişdir.O həm də günəşin tutulmasının səbəbi kimi ayın onun qabağına keçməsini göstərir.O, həndəsə elmində Fales  teoremi adlanan qnunauygunlugu kəşf etmişdir. 
       

           

Hiç yorum yok:

Yorum Gönder