VII sinif fizika dərsliyində Dərs-48 də "cisimlərin üzmə şərtləri, gəmilərin üzməsi, havada uçma " mövzusu ilə baglı ev tapşırığında hər şagirdə gəmilərin və hava şarlarının üzməsi haqqında müxtəlif mənbələrdən məlumat toplayaraq esse yazmaq tapşırılır.Şagird və müəllimlərə kömək məqsədi ilə hava şarları və onların inkişaf tarixi haqqında məlumat verməyi özümüzə borc bildik.Güman edirik ki, şagird və müəllimlər bu tarixi məlumatlardan bəhrələnib öz işlərində istifadə edəcəklər.
ALMAS HƏSƏNPAŞA qızı DADAŞOVA
Salyan rayonu. A.Əliyev adına Aşağı Kürkəndi tam orta məktəbin fizika müəllimi.
Hava şarları - havada uçmanın inkişafı, tarixi və tətbiqləri.
Qədim zamanlardan bəri insanlar buludların üstündə uçmaq, dənizdə üzdükləri kimi, hava okeanında da üzmək arzusunda idilər.İnsanlar bu arzusuna hava şarları vasitəsi ilə nail oldular.Hava şarlarını əvəllər isti hava ilə doldururdular, indi isə hidrogen və ya helium qazı ilə doldururlar.Hidrogenin qaldirici qüvvəsinin heliumun qaldirici qüvvəsindən böyük olmasına baxmayaraq, hava Sarina doldurmaq üçün helium daha əlverişlidir, axı helium yanmır.
Şar yuxarı qalxdıqca, ona təsir edən Arximed qüvvəsi azalır, çünki havanın sıxlığı atmosferin yuxarı qatlarında Yerin səthinə nisbətən azdır. Yuxarı qalxmaq üçün bu məqsədlə
götürülmüş xüsusi yüklər Şardan tullayır (kisələrə doldurulmuş qumu boşaldır) və bununla da, şarı yüngülləşdirirdilər.Nəhayət hava şarı qalxa bildiyi ən böyük yüksəkliyə çatır.Şarın enməsi üçün onun qabığında xüsusi klapan vasitəsi ilə qazın bir hissəsini buraxırlar.
Hava şarında ilk uçuş 1783 -ci il 4 iyunda Lion şəhəri yaxınlıgında Jozef və Eten Monqolfe qardaşları tərəfindən həyata keçirilmişdir.İlk şarın diametri 11 m, kütləsi 227 kq idi.Kagızla yapışdırılmış kətanla örtülmüş sferik tor şəklində idi.Hava şarı ilk dəfə kifayət qədər hündürlüyə qalxaraq 10 dəq sonra böyük sürətlə aşağıya doğru hərəkət etdi.Bu uçuşda ilk dəfə olaraq hava şarı 3 km məsafə qət edərək uçdu.Böyük tamaşaçı kütləsi qazanan ilk uçuş təcrübəsi haqqında xəbər- ixtira tezliklə bütün Avropaya yayıldı.İki ay sonra görkəmli fizika Jak Şarl- ın rəhbərliyi altında Parisdə içərisi hidrogenlə doldurulmuş başqa bir hava şarı qaldırıldı.Hidrogen dəmir qırıntıları ilə sulfat turşusunun qarşılıqlı təsirindən alınmışdı.Şarın örtüyünü latekslə hopdurulmuş ipək parça ilə əvəz etdilər.Şarı diametri 4 m olana qədər şişirtmək üçün bir neçə gün lazım oldu.Hidrogeni almaq üçün 227 kq turşu, 454 kq dəmir işləndi.Şar start götürdüyü yerdən 28 km məsafədə eniş
etdi.Yerli əhali qorxaraq şarı kəsik-kəsik edib hissələrə böldülər.
Üç həftə sonra Monqolfe qardaşları öz təcrübələrini Versalda təkrar etdilər.Bu dəfə artıq XVI Lüdovik və saray adamları da iştirak edirdilər.Fransa hökuməti şarlar sonrakı uçuşlarında
kifayət qədər böyük ugurlar əldə etmək üçün sərf olunacaq xərcləri öz üzərinə götürdü.İngilislər bu işlərdə çox təmkinli hərəkət edirdilər. belə ki, London kral cəmiyyətinin prezidenti Cozef Benks, ingilis kralı Georgi III -ə müraciətin-də "bu eksperimentlərdən nə isə faydalı bir nəticə gözləməyin" deyirdi.
Havada uçmanın sürətli inkişafı təbiətin fiziki, kimyəvi xassələrinin dərindən
öyrənilməsinə yol açırdı.Hava şarlar-da ilk uçuşlar aşağıda aqdları çəkilən
dörd görkəmli alimin -Cozef Blek, Henri Kevendiş, Cozef Pristli və Antuan Lavuazye -Adı ilə baglıdır.Bu alimlərin səyi nəticəsində 1774 -ci illərdə fizika, kimya elminə yeni nailiyyətlər daxil oldu, hidrogen və oksigen qazları kəşf olundu.Hava şarlarının uçuşunun kimya elmində yaratdıgı inqilabi çevrilişin nəticəsi idi ki, hidrogen dolu, helium dolu balonlar yarandı.Bu balonların uçuşu Monqolfe qardaşlarının səmərəli fikrinin nəticəsi idi.
Hava şarlarının ixtirası, inkişafı, getdikcə təkmilləşməsi elmin inkişafına böyük təkan verdi.Atmosferin yuxarı qatlarını tədqiq etmək üçün ölkələrin müxtəlif məntəqələrindən hər gün diametri 1-2 m olan kiçik şar-zondları buraxırlar.Bunlar 35-40 km yüksəkliyə qalxırlar.Bu şarlar çox yüngül cihazlarla təchiz olunurlar.Bu cihazlar uçuşun yüksəkliyi, havanın təzyiqi, temperaturu, rütubət haqqında radio ilə siqnallar göndərir. Sarı
uçuş istiqaməti və uçuş sürətinə görə müxtəlif yüksəklikdə küləyin istiqaməti və gücü haqqında mühakimə yürütmək olar.
Belə şar -zondlar vasitəsi ilə alınan məlumat havanın necə olacağını qabaqcadan
xəbər vermək üçün çox vacibdir.
Atmosferin yuxarı qatlarını - stratosfer
öyrənmək üçün hələ bu yaxınlara kimi, stratostat
adlanan 20000-30000 kub.metr həcmli nəhəng hava şarlarından istifadə edilirdi.Stratostda yüksəkliyə qalxmaq rekorduna ilk dəfə 1934- ci ildə rus stratonavtları Fedosiyenko, Vasenko və Uşağın nail olmuşdular.Onlar "Osoaviaxim -1 "stratostatında 22 km yüksəkliyə qalxmışdılar.Lakin stratostat enərkən qəzaya uğradı və qəhrəmanlar həlak oldular.
28 dekabr 2015-ci ildə London vaxtı ilə 21:16 da NASA kosmik tədqiqatlar stansiyası öz tarixində ən samballı, yüksək təkmilləşdirilmiş hava şarının Antarktidada Mak-Merdo stansiyasından buraxılmasını təşkil etdi.Şarın həcmi 532000 kub metr idi. Uçuş çox maraqlı idi. NASA "yüksəktəzyiq" layihəsinə əsaslanaraq əvvəlki elmi zondlardan fərqli olaraq bu şarın havada daha çox müddətə qalmaq məsələsini öyrənirdi.Əgər hər şey ekspertlərin nəzərdə tutduqları kimi olarsa, onda uçuş 100 gün hətta daha çox vaxt davam edə bilər.Bu da öyrənilməsi uzun müddət tələb edilən bir çox fiziki hadisələr üçün açar ola bilər.Belə hadisələr sırasına qamma şüaların polyarizasiyası, qara deşik, şüalanmanın pulslarla yayılması və digər kosmik hadisələr daxildir .
1999 -cu ilin yanvarında tarixdə ilk dəfə olaraq uçan hava şarını heyəti Yer kürəsinin
ətrafında təhlükəsiz olaraq bir tam dövr edərək sag salamat yerə enmişdir.
Onlar isveçrəli Bertran Pikkar və britaniyalı Brayan Cons idilər.19 gün1saat49 dəqiqə müddətində 45 min.km qət edərək İsveçrədən start götürən hava şarı heyəti ilə Yer kürəsi ətrafında tam bir dövrə vuraraq sağ- salamat
Misirdə Qahirədə cənub -şərqə tərəf Mavritanidə Yerə enmişdilər.
Ədəbiyyat.
1.M.Murquzov, R.Abdulrazaqov, R.Əliyev.D.Əliyeva
Fizika
7 -ci sinif üçün dərs vəsaiti.2014-ci il.
2.M.Murquzov, R.Abdulrazaqov, R.Əliyeva, D.Əliyeva
Fizika 7- ci sinif.Müəllim üçün dərs vəsaiti.
3. Novosti науки na Н i-Ne ws . Ru
5
НАСА запустила научный воздушный шар нового
поколения.
4.Psyhotronika.ru
Про изобретение воздушного шара
Adı: Almas
Soyadı: Dadaşova
Əlaqə telefonu: 0504245417
Çalışdığı müəssisə: Salyan rayonu Aşağı Kürkəndi kənd tam orta məktəbi
Fizika müəllimi. Про изобретение воздушного шара
Hiç yorum yok:
Yorum Gönder